İcra başçısı koronavirusa yoluxdu

Goranboyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.

XALQ.AZ-ın məlumatına görə, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb.

İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboy İcra Hakimiyyəti karantinə alınıb.