İcra başçısı qazilərlə görüşdü-Fotolar

Ağstafa rayon İcra Hakimiyyətinin başçsı Seymur Orucov Vətən müharibəsi iştirakçıları ilə görüşlərini davam etdirir

XALQ.AZ xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması zamanı sücayət göstərərək yaralanan hərbi qulluqçularla görüşlərini davam etdirir.

Görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edir.