İcra başçısı qazilərlə görüşdü

Yasamal rayon İcra Hakimiyyətində qazilərlə növbəti görüş keçirilib

Vətən müharibəsi iştirakçılarının problem və qayğılarını çevik şəkildə həll etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətində qazilərlə silsilə görüşlər davam edir. Növbəti görüşü giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Vətən müharibəsi iştirakçıları ilə işin təşkilinə xüsusi diqqət ayrılır.Bildirildi ki, Vətən müharibəsi iştirakçılarının problemlərinin həlli hazırda dövlət qurumlarının əsas prioritetlərindən biridir. Daha sonra söz alan qazilər bu diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürünü bildirdilər.Görüşdə qazilərin qarşılaşdıqları problemlər və onların həlli yolları diqqət mərkəzində oldu. Əsas etibarilə müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər sosial məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldı. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin qısa müddətə həllinə dair göstərişlər verdi, digər qurumlara aid məsələlərlə bağlı isə müvafiq müraciətlərin ediləcəyini bildirdi.Qazilər bu cür görüşlərin təşkilinə görə Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirdilər. Yasamal rayon İcra Hakimiyyətində qazilərlə görüşlər davam edir.