İcra başçısı şəhid ailələrini ziyarət etdi

Ağstafada şəhidlərimizin ailələri ziyarət olunur.

XALQ.AZ xəbər verir ki,Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə növbəti dəfə şəhidlərimizin və qazilərin ailələrinin qayğıları ilə yaxından maraqlanıb. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş Göycəli kəndindən olan Sadıqov Vüqar Lətif oğlunun və Vətən müharibəsində canlarından keçmiş həmin kəndin şəhidləri, Mehtizadə Qurban Aydın oğlunun, Məmmədli Turan Raqif oğlunun ailələrini, Bakı şəhərində dəfn olunmuş Abbasov Teymur Feruz oğlunun doğmalarını, o cümlədən şəhidlərimiz, Yaradullu kəndində Məmmədov Etibar Saday oğlunun, Dağ Kəsəmən kəndində Şıxməmmədov Natiq Zakir oğlunun, Şıxməmmədov Hikmət Azər oğlunun, Həsənov Fariz Şahin oğlunun, Vəliyev Ayxan Kamil oğlunun və Qəfərov Rəvan Elxan oğlunun ailələri ziyarət olunub.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!

XALQ.AZ