İcra başçısı şəhid anasını təbrik etdi

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Davud Hacıyevin anası Validə Hacıyevanı doğum günü münasibəti ilə evində ziyarət edib.
XALQ.AZ xəbər verir ki. Elnur Rzayev şəhid anasını təbrik edərək ona səmimi arzularını çatdırıb, qayğıları ilə maraqlanıb. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şəhid anası Validə Hacıyevada onunla eyni tarixdə doğum gününü qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevi təbrik edib. Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.