İcra başçısı tapşırıqlar verdi

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında cari ildə rayonda payızlıq əkinin gedişatı və suvarma məsələlərinə dair Operativ Qərargahın növbəti iclası keçirilib.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov iclasda çıxış edərək lazımi tapşırıqlarını verib.

XALQ.AZ xəbəb verir ki, rayonun kənd və suvarma təsərrüfatlarına məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda ərazi vahidləri üzrə müəyyən edilmiş suvarma qrafikinə ciddi riayət olunması, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsinə düzgün nəzarət olunmasına dair tapşırıqlar verilib. Su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə suvarma qrafikinin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyi barədə bir daha xəbərdarlıq olunub.