İcra başçısı tapşırıqlar verdi-Fotolar

Ağstafa RİH başçısı rayon mərkəzini gəzib, xidmət obyektlərində maarifləndirici söhbətlər aparıb

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxlərilə birgə növbəti dəfə rayon mərkəzində ümumi vəziyyətlə yaxından tanış olub, sakinlərin daha çox istifadə etdiyi ictimai iaişə obyektlərində Operativ Qərərgahın tələblərinə dair maarifləndirici söhbətlər aparıb.

Obyektlərdə əhaliyə göstərilən xidmət səviyyəsi ilə yerində tanış olan İcra başçısı mövcud nöqsanların və çatışmamazlıqların qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlarını verib.

*****

Seymur Orucov Dağ Kəsəmən kəndində həyata keçirilən abadlıq və təmizlik işləri ilə yerində tanış olubAğstafa rayonunda icra olunan abadlıq tədbirləri çəçivəsində Dağ Kəsəmən kənd ərazisində müvafiq işlər həyata keçirilir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra məsul şəxslərlə birlikdə aparılan işlərlə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlarını verib. Kəndin mərkəzində 1-ci Qarabağ döyüşlərində şəhid olmuş Zeynalov İlqar Raquf oğlunun xatirə bulağında RİH tərəfindən təmir-bərpa işləri aparılır və ətrafı abadlaşdırılır. Təmizlik işlərinə cəlb olunan texnikalarla kənd ərazisində olan suvarma və selötürücü arxlar təmizlənir.

XALQ.AZ