İcra başçısı və Deputat qazilərlə görüşdü

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, cernobil əlillərinin müalicə aldığı mərkəzdə onların sağlıqlarına qovuşması üçün aparılan müalicələrlə tanış olublar.
   XALQ.AZ xəbər verir ki, “Möcüzəli Naftalan” sanatoriyasının rəhbəri Qoca Əmiraslanov məlumat verərək bildirdi ki, mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə əsasən dərman müalicəsi deyil, reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.
   Görüş zamanı qazilər müasir tələblər səviyyəsində qurulmuş müalicə mərkəzində səhhətlərində müsbət nəticə qeydə alındığını və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham  Əliyevə və Birinci vitse-pezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və vurğulamışlar ki, ölkəmiz inkişaf etdikcə, onlarında sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər genişləndirilir

Возможно, это изображение (4 человека, люди стоят и в помещении)
Возможно, это изображение (один или несколько человек, люди стоят и в помещении)
Возможно, это изображение (1 человек, стоит и в помещении)

Возможно, это изображение (небо и дерево)