İcra başçısı və deputatlar agacəkmə aksiyasında-Fotolar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Yasamal rayoununda agacəkmə aksiyası keçirilib.

XALQ.AZ xəbər verir ki, aksiyada Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Ülvi Quliyev və Elnur Allahverdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.Ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla minlərlə müxtəlif növ ağaclar əkildi. Yeni agacların əkilməsi Yasamal rayounda və ümumiyyətlə paytaxtda yaşıllıqların daha da artırılmasına, qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.Aksiya zamanı bildirildi ki, kütləvi agacəkmə aksiyalarının keçirilməsi ənənəsinin əsasını vaxtilə Ulu Öndər Heydər Əliyev qoyub. Belə ki, Bakıda və Abşeronda agac və yaşıllıqların əkilməsinə böyük ehtiyac var və buranın landşaftı bunu zəruri edir.Aksiya çərçivəsində ərazidə genişmiqyaslı təmizlik-abadlıq işləri, ərazilərdə yeni ağacların əkilməsi və əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilməsi işləri görüldü.