İcra başçısı vətəndaşların qayğıları ilə maraqlandı

İsmayıllıda vətəndaş qəbulları davam edir

İsmayıllı rayonunda İcra Hakimiyyətinin başçısı Nahid Bağırov növbəti dəfə vətəndaş qəbulu keçirilib.

XALQ.AZ xəbər verir ki,qəbul pandemiya qaydalarına uyğun təşkil olunub. Rayon rəhbəri sakinlərin müraciətlərini dinləyib, onların problemlərinin həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib. Məlumat üçün bildiriri ki, qəbulda əsasən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçıları iştirak edib. Bundan sonra da onların qayğıları daim diqqətdə saxlanılacağı qeyd olunub.