İcra başçısı xəstəxanaya yerləşdirldi

14
Dağıstanın Dərbənd rayonun azərbaycanlı başçısı Qurban Qurbanov ürək tutma əlamətləri ilə Dərbənd Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Musavat.com-un “Kavkazsiy uzel”ə istinadən verdiyi xəbərə görə, məlumatı rayon administrasiyasının əməkdaşı Hüseynbala Yəhyayev təsdiq edib.
Məlumata görə, başçının vəziyyətinin qəfil pisləşməsinə səbəb hökumətdən onun istefa ərizəsi yazmasının tələb edilməsi olub. Bundan sonra qan təzyiqi qalxan Qurbanovu xəstəxanaya aparmaq lazım gəlib.
Az öncə – iyulun 23-də Dağıstanın başçısı Ramazan Abdulatipov Dərbənd rayonun rəhbərini dəyişmək barədə qərar verib. İyulun 30-da isə 600-ə yaxın azərbaycanlı bu qərara etiraz olaraq etiraz aksiyası keçirib.
Qeyd edək ki, Dərbənd rayonuna 30 ildi ki, azərbaycanlılar rəhbərlik edir.