İcra başçısının birinci müavini təcili xəstəxanaya yerləşdirildi

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin səhhəti pisləşib. 

XALQ.AZ xəbər verir ki, birinci müavin İsmayıl Yusifzadəyə ağır pnevmaniya diaqnozu qoyulub. 

O, təcili paytaxtın 3 saylı şəhər klinikasına aparılıb. Hazırda orada müalicə olunur. 

Qeyd edək ki, İ.Vəlizadə koronavirusa tutulması şübhəsiylə iki dəfə test edilib. Ancaq hər iki testin nəticəsi neqativ çıxıb.