İcra başçısının birinci müavini vəfat etdi

Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib. 

XALQ.AZ-ın verdiyi xəbərə görə, 1956-cı il təvəllüdlü S. Abıyev uzun sürən xəstəlikdən sonra dünən vəfat edib. 

Qeyd edək ki, S. Abıyevin ailəsində təxminən 12 il öncə faciəvi hadisə baş vermişdi. S. Abıyev avtoqəzalarda 3 oğlu, gəlinini və nəvəsini itirmişdi. 

Belə ki, 2008-ci ilin oktyabrın 20-də baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu.

S. Abıyevin oğlu, 1984-cü il təvəllüdlü Abıyev Hüseyn yüksək sürətlə idarə etdiyi avtomobili Hacıqabul rayonu ərazisində aşırması nəticəsində sürücünün özü, qardaşı – 1989-cu il təvəllüdlü Cavid, qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abıyeva Validə Xəqani qızı və 2007-ci il təvəllüdlü Abıyeva Zeynəb Amid qızı hadisə yerində ölmüşdülər. 

2009-cu ilin avqustun 12-də isə Şirvanda baş verən avtomobil qəzasında bir il öncə vəfat etmiş uşağın atası, Samid Abıyevin üçüncü oğlu Amid Abıyev vəfat edib.