İcra Hakimiyyətinə yeni təyinat

4

 

Xalq.az  xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 04 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

O həmçinin Yeni Azərbaycan Partiyası (YAP) Gənc Birliyinin sədr müavinidir.

Xatırladaq ki, bir neçə gün bundan öncə Binəqədi rayon icra hakimiyyətinin başçısının müavini Qəzənfər Novruzov işdən çıxarılmışdı. AZXEBER.COM