İcraçı direktor təyin olunan Əhməd İsmayılov kimdir

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilən Əhməd İsmayılov kimdir


Əhməd İsmayılov 6 aprel 1980-cı ildə Bakı şəhərində anadan olub. 1987-1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil alıb. 2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlayıb. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləyib. 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləyib. 2018-2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” ilk ərazi təşkilatının sədri olub. 2019-cu ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin ekspertidir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.
Ailəlidir, 1 övladı var.