İdman zallarının və çimərliklərin fəaliyyətinə icazə verilir

İyunun 10-dan idman zalları da açılır.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verilib.

Brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib ki, Azərbaycanda təxminən 10 faiz əhali vaksinasiyadan keçib.

Onun sözlərinə görə, idman sağlamlıq mərkəzlərinə girişə COVİD pasportla icazə veriləcək: “COVİD pasportu olmayan şəxslər – yəni vaksinasiyadan keçməyən, yaxud yoluxub sağalmış insanlar hələlik idman sağlamlıq obyektlərindən istifadə edə bilməyəcəklər. Gələcəkdə COVİD passportu olan şəxslərin digər obyektlərə də girişi təmin ediləcək. Buraya konsertlər, teatrlar, kinoteatr, toy və digər şənliklər daxildir”.

Həmçinin Azərbaycanda 10 iyun tarixindən etibarən çimərliklərin fəaliyyətinə icazə veriləcək.