İdmançımız ermənini belə məğlub etdi-Video

Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov “NFC fight”da (Naiza Fighting Championship) növbəti görüşünə çıxıb.

XALQ.AZ  xəbər verir ki, 61 kq-da mübarizə aparan idmançı Ermənistan təmsilçisi Varşan Gevorqyanla üz-üzə gəlib.

Qazaxıstanın Almatı şəhərində baş tutan döyüşdə İbrahimov erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb.

Qeyd edək ki, Elnar İbrahimovun aktivində 17 qalibiyyət və 5 məğlubiyyət var.