İki əmiqızını qrup seksdə zorlayıb öldürdülər

Seks-1

Hindistanda eyni kənddə yaşayan iki qızı qrup seksdə zorlayaraq öldürüblər.

XALQ.AZ-ın məlumatına görə, qızlar yoxa çıxdıqdan iki gün sonra onların meyiti Uttar-Pradeş ştatında yerləşən kəndin camaatı tərəfindən aşkarlanıb. Onları ağacdan asıblar. 14 və 15 yaşında olan qızlar əmiqızı olublar.

Hadisədə iştirak etmiş beş nəfərdən biri tutulub və hazırda polisdə dindirilir. Mətbuatın yazdığına görə, hüquq-mühafizə orqanları əvvəlcə işi intihar kimi qələmə verərək cinayət işi açmaq istəməyib. Amma yerli sakinlərin etirazından sonra üç polis işçisi işdən qovulub.

Hindistanın qadın işləri üzrə milli komissiyası dövlətin siyasətini kəskin tənqid edib. Komissiyanın fikrincə, dövlət qadınların təhlükəsizliyini təmin edə bilmir. 2012-ci ilin yayında Hindistan G20 ölkələri arasında qadınların yaşaması üçün ən pis ölkə sayılıb. Bu ölkədə hələ də qadınları cariyə kimi satırlar və ya on yaşında ərə verirlər. Qızlar ailədə pulsuz işçi qüvvəsi kimi satılır.