İki bədəndə bir can:Türkiyə Azərbaycan

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuşdur. Lakin 23 ay ömrü olan Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O vaxtdan 30 il keçir. Bu vaxt ərzində qardaş Türkiyə həmişə Azərbaycanın yanında olmuşdur.

Bəli, bu qardaşlıq, birlik həmişə olmuş və olacaqdır. Heç təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi xalqımızı daha da ruhlandırdı, ordumuza güc qüvvət verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Ən çətin məqamlarda qarşılıqlı olaraq biri-birinə dəstək göstərib, dünyada və   regionda  böyük əhəmiyyətə malik  qlobal iqtisadi layihələrin həlli üçün   hər iki dövlətin potensialından qarşılıqlı istifadə edilməsi  ölkələrimizi daha da yaxınlaşdırır.

Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

Unudulmaz bir gün… Dekabrın 10-da Azadlıq meydanında Vətən Müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Bu paradda qardaş ölkənin prezidenti və hərbçiləri də fəxrlə iştirak etdilər. “Azərbaycanın qələbəsi bizim də qələbəmizdir” deyərək qürur duyduqlarını bildirdilər.

Hamıya məlumdur ki, Azərbaycan ilə Türkiyə arasında 2021-ci ilin iyunun 15-də müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanmışdır. Bu Bəyannaməsinin Azərbaycan ilə Türkiyə arasında imzalanan mühüm tarixi sənəddir. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Artıq ikitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatmışdır.

Bu gün sülh şəraitində də qardaş ölkə ilə əməkdaşlığımız yüksək səviyyədə davam edir. Bakıda möhtəşəm “Teknofest” festivalının keçrilməsi bunun bariz nümunəsidir. Bu festival Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə 26-29 may tarixində keçirildi.

Bildirmək istərdim ki, Teknofest Aerokosmik və Texnologiya Festivalı üçün qısa olan Teknofest, Türkiyənin Texnologiya Qrupu Vəqfi tərəfindən 2018 -ci ilin sentyabr ayında özəl şirkətlər, nazirliklər və akademik qurumlarla birlikdə İstanbul Yeni Hava Limanında keçirilən Türkiyənin ilk və yeganə aviasiya, aerokosmik və texnologiya festivaldır.Bu festivalın ölkəmizdə keçirilməsi Türkiyə dövlətinin bizə göstərdiyi qardaşlığın, dostluğun bir daha bariz nümunəsidir.

Dövlət başçımız İlham Əliyev bildirib ki, “Texnofest” elm, inkişaf, bilik, texnologiya bayramıdır.

“Əminəm ki, “Texnofest”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar”, – Prezident İlham Əliyev vurğulayıb.

            Dünyanın ən sevimli aviasiya, kosmos və texnologiya festivalı olan “Texnofesti”i “Bir millət, iki dövlət, tək festival” şüarı ilə Bakıda gerçəkləşdirdik. “Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyik”, – Türkiyə Prezidenti Rəcəb Rəcəb Tayyib Ərdoğan Tvitterdə paylaşım edib.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib ki, Bakıda bu müsabiqənin keçirilməsindən qürur duyur: “Bu gün ölkələrin müstəqilliyini qorumları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”. Azərbaycan və Türkiyə xalqlarının, dövlətlərinin hər zaman bir-birinə dəstək olduğunu söyləyən Səlçuq Bayraktar “Texnofest” sayəsində türk övladlarının nələri başaracağını dünyaya göstərəcəklərini vurğulayıb: “Bakıdan Şuşaya, Can Azərbaycanın hər köşəsinə salamlarını çatdırıram. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, festivalın təşkilinə dəstək verən bütün dövlət qurumlarına, təşkilatlara təşəkkürümü bildirirəm. Dərdimiz dərdimiz, sevincimiz sevincimizdir. Allaha əmanət olun!”. “Bakıda qardaşlarımızla bir yerdə olmaqdan çox xoşbəxtik.”

Gənclər üçün Əziz Sancar kimi insanlar örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insandır. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”, – deyə dövlətimizin başçısı qeyd edib.

Həmçinin Selçuk Bayraktarı da səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti deyib: “Selçuk bəy nəinki “Texnofest”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” SİHA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm bir daha gördü ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Gənclər üçün Selçuk bəy də gözəl örnəkdir.

Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdadır. Əminlikdə deyə bilərik ki, bu dostluq, qardaşlıq əbədi yaşayacaq. Çünki biz bir-birimizə qanımızla, canmızla, dilmizlə, dinmizlə bağlıyıq!

 

Ayımız bir, ulduzumuz bir

Göyümüz bir, torpağımız bir

Acımız bir, sevincimiz bir…

İki bədəndə bir can,

Türkiyə Azərbaycan.

 

 

Nəsimi rayonu A.Rəhimov adına 247 N-li tam orta məktəbin müəlliməsi

Qurbanova Almaz