İki hərbçimizi vurdular

Herb

Daha bir hərbçimiz yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gecə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

İyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.