İki Qardaş ölkə

Dostluq və qardaşlığın ən yüksək zirvəsi – Azərbaycan və Türkiyə arasında olan münasibəti ən gözəl belə ifadə etmək mümkündür. 30 ildirki Azərbaycan və Türkiyə bütün dünya dövlətlərinə örnək olacaq bir əlaqədədir. Azərbaycan öz müstəqilliyini təqribən 30 ildirki elan etmişdir, bu zaman içində qardaş ölkə Türkiyə bizi heç bir zaman yalnız buraxmamış və hər zaman arxamızı söykəyə biləcəyimiz bir dağ olmuşdur bizə. Dostluq əlaqələrimiz dövlət müstəqilliyimizi elan etdiyimizdə yaranmış və indiki dövrdə Prezidentimiz İlham Əliyevin siyasəti dövründə özünün ən yüksək zirvəsinə çatmışdır . Prezidentimizin Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanla qurduğu dostluq münasibəti iki qardaş dövlətin üzərində qoruyucu bir qanad olmuş və istiqrarlı bir şəkildə münasibətlərimizi ,iqtisadi ,siyasi və s. əlaqələrimizi inkişaf etdirmişdir . Eyni zamanda köklərimizin eyni türk soyundan gəlməsi xalqlarımızın bu qədər yaxın olmasında danılmaz reallıqlardan biridir. Türkiyə Azərbaycanı – qardaş ölkəsini istər xoş gündə , istərsədə pis gündə dəstəklədi. Bunun ən böyük örnəyi Qarabağ müharibəsində Türkiyənin mövqeyidir . Bütün dünya qarşımıza keçib bizə mane olmağa çalışarkən Qardaş ölkəmiz həm maddi , həmdə mənəvi olaraq bizim yanımızda olduğunu , Qarabağın Azərbaycana aid olduğunu və bizi dəstəklədiyini çox açıq bir şəkildə bütün dünyaya göstərdi . Azərbaycan ilə Türkiyə əlaqələri yalnız qardaşlıq əlaqələri ilə sərhədlənmir , iki dövlət arasında iqtisadi , siyasi , coğrafi ,mədəni və s. əlaqələr vardır. İki dövləti bir -birinə yaxınlaşdıran ən böyük amillərdən biri hər iki dövlətin yerləşdiyi coğrafi ərazidir. Türkiyə eyni zamanda Azərbaycanın coğrafi dostudur . Tarixlər boyu bir çox qonşu dövlətin torpaqlarımızı parçalamaq planları olub və Türkiyə bu planlara mane olan bir sərhəddir. Eyni zamanda aramızda iqtisadi əlaqələr özünün ən parlaq mərhələsindədir.
İqtisadi əlaqalər 1 noyabr 1992 ci-il tarixində Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir. Eyni zamanda Türkiyə ilə bir çox regional layihələrdə əməkdaşlıq edirik. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı nümunələrdir. Eyni zamanda Türkiyədə Azərbaycan sərmayeli 2000- ə yaxın şirkət fəaliyyət göstərir və 2016- cı ilə görə olan hesablamalara görə ümumi sərmayənin qiyməti 2 milyard dollardan çoxdur.
Ən az iqtisadi əlaqələr qədər siyasi əlaqələrdə inkişaf etmişdir. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuş, 1992-ci ilin avqust ayında Azərbaycanın Türkiyədə Səfirliyi açılmış, 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Baş konsulluqları təsis edilmişdir. Eyni zamanda, Türkiyənin Bakıda səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
Müasir elm və tərəqqinin ən son nümunələrinin nümayiş etdirildiyi platforma olan “TEKNOFEST”in beynəlxalq ictimaiyyət üçün cəlbediciliyin təməlində onun səmərəliliyi və faydalı vədləri dayanır. “TEKNOFEST” müasir dünyada elmi, təhsili, tərəqqini və inkişafı məhz mavi səmadan təbliğ edən alternativsiz və çoxşaxəli platformadır. Bu festivalın “elm, təhsil, tərəqqi və inkişaf” dördbucağında yaratdığı vəhdət intellektual zəkanın real görüntülərini səmalarda dolaşdıraraq insanlarda fəxarət, həsəd, inam kimi hisləri alovlandırır.
Bakıda ilk dəfə təşkil olunan “TEKNOFEST Azərbaycan”da texniki nailiyyətlər nümayiş etdirildi. Bu tədbir Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf etdiyinin, iki dost və qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olan əməkdaşlıqlar bundan sonra da genişlənəcəyinin bariz nümunəsi oldu.
Eyni zamanda iki dövlət arasında hərbi əlaqələrdə inkişafdadır.Bu əlaqələr daxilində Azərbaycan və Türk əsgərlərinin birgə hərbi təlimlər keçmişlərdir.Buna misal olaraq “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı – 2019” və bu il keçiriləcək “Heydər Əliyev – 2020” təlimlərini göstərmək olar.
Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqdadır. Ümüd edirəmki qardaş ölkəmizlə aramızdakı əlaqə daha neçə əsr belə davam edər və heç vaxt pozulmaz.

Nəsimi rayon sakini – Həsənova Qönçə.