İkinci dəfə ana olandan sonra

41

 

 

Müğənni Samirə Allahverdiyeva “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi övladları ilə münasibətindən danışıb:

“Oğluma çox bağlı idim. Bütün diqqətim onun üzərində idi. Nə istəyirdi, edirdim, dəcəl böyümüşdü. Hətta kənarda insanlar mənə irad tuturdular ki, bunu bu qədər ərköyün etmə. İkinci dəfə ana olandan sonra sevgimi qızımla bölüşdüm. Oğlum onu qısqanmağa başladı. Mən övladlarıma ana yox, dost olmağa çalışıram. Biz öz valideynimizə nəsə deməyə çəkinirdik. Amma mən istəmişəm ki, uşaqlarım bütün sirlərini mənimlə bölüşsünlər. Buna nə qədər nail olmağı bacardım, bilmirəm”.

S.Allahverdiyeva oğlunun kompüterə olan həvəsindən də bəhs edib:

“Bütün günü kompüterlə məşğuldur, internetdədir. Məlumat öyrənir, oyunlar oynayır. Dünyada baş verən bütün müharibə xəbərlərini oxuyur. Onda qəribə vətənpərvərlik hissi var. Hərdən ona əsəbləşirəm ki, internetə az girsin. Məndən çəkinir. Amma gözümdən yayınan kimi yenidən kompüter qarşısına keçir”.