İldırım 13 camışı məhv etdi (FOTO)

C-1

Yevlaxdakı fermer təsərrüfatlarından birində ildırım vurması nəticəsində mal-qara tələf olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Kövər kəndində Fikrət Nəbiyevə məxsus fermada baş verib. Belə ki, günorta saatlarında hava qəflətən pisləşib. Ildırım çaxması ilə müşayiət olunan qısa müddətli yağış yağıb. İldırım fermanın ərazisindəki otlayan mal-qaranı vurub.

Nəticədə ərazidəki 50 baş iribuynuzlu mal-qaradan 13ü tələf olub.

Fikrət Nəbiyevin sözlərinə görə, ona təqribən 25-30 min manat ziyan dəyib. Yevlax rayon baytarlıq idarəsindən aldığımız məlumata görə, hadisə baş verən yerə artıq baxış keçirilib. İdarədən bildirdilər ki, tələf olmuş heyvanlar arasında heç bir xəstəlik yoxdur. Buna baxmayaraq ildrım vurmuş heyvanların əti yararsız hesab olunur və torpağa basdırılaraq məhv ediləcək.

C-1

C-2

C-3