İlham Əliyev: “Ermənistan siyasi iradə nümayiş etdirməlidir”

“Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir”.
Bu fikirləri Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.
Ölkə başçısı qeyd edib ki, hazırda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə gedən danışıqlarla bağlı Baş nazirə məlumat verib:
“Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır”.