İlham Əliyev medal verdi (SİYAHI)

Ilham

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ-ın məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Quliyev Anar Adil oğlu
Primov Eldar Əskər oğlu

“Tərəqqi” medalı ilə

Cəfərova Reyhan Ələsgər qızı
Kazımova Esmira Zeynal qızı
Rüstəmov Teymur Aslan oğlu”.