İlham Əliyev qəbul keçirdi

Ilham

Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olduğu bildirilib. Eyni zamanda görüş zamanı əməkdaşlığımızın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb, əlaqələrimizin genişləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyəti qeyd olunub. Bununla yanaşı sənaye, infrastruktur, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha qonaqların diqqətinə çatdırıb.