İlham Əliyev və Ərdoğan Füzuli hava limanının açılışını edəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
XALQ.AZ xəbər verir ki, səfər noyabrın 8-də Qarabağ zəfərinin birinci ildönümü çərçivəsində baş tutacaq.


“Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, – məlumatda bildirilib.

Həmçinin Prezidentlər Füzuli hava limanının açılışını edəcəklər.