İlham Əliyev və Paşinyan “Euronews” telekanalına müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib.
Bu barədə telekanalın rəsmi tvitter hesabında məlumat paylaşılıb.

Dövlət başçısı müsahibə zamanı Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin həllinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sualları cavablandırıb.

“Qafqazda sülh?” adı altında yayımlanacaq videomaterialda Ermənistanın baş naziri Nikol Paşinyanın da müsahibəsi yer alacaq.

Qeyd edək ki, hər iki dövlət başçısının müsahibəsi bu gün “Euronews” kanalında efirə gedəcək.