İlham Əliyev zavodunun açılışını etdi

 

3

 

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodunun açılışında iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı əvvəlcə zavodun baş planı və maketinə, tikintisi davam etdirilən gəmiyə baxdı.

Sonra Prezident İlham Əliyev zavodda inşa olunan itisürətli və yüksək üzmə qabiliyyətli sərhəd gözətçi gəmilərinin əsas taktiki-texniki göstəricilərini əks etdirən stendlərlə tanış oldu, videoçarxa baxdı.

Dövlət başçısı sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış oldu, onun manevrlərini izlədi.