İlham Əliyevdən Silahlı Qüvvələr Günü paylaşımı – FOTO

Prezident İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.

XALQ.AZ xəbər verir ki, prezident sosial şəbəkə hesabından Silahlı Qüvvələr Günü ilə bağlı şəkil paylaşıb.

Şəkildə bu ifadələr yer alıb:

“Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər Ordumuz öz tarixi missiyasını yerinə yetirdi! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”