İlham Əliyevin bu çıxışı Türkiyədə rezonans doğurdu

Prezident İlham Əliyevin yerli mediaya verdiyi geniş müsahibəsində Türkiyənin Avropa İttifaqına qəbul edilməməsi ilə bağlı dediyi sözlər qardaş ölkədə böyük rezonans doğurub.

XALQ.AZ xəbər verir ki, Türkiyənin məşhur media orqanları sözügedən çıxışı aşağıdakı sərlövhələrlə işıqlandırıblar:

“Xəbərlər.com”: Azərbaycan Prezidenti İlham Əliyev: “Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropa İttifaqına qəbul edilmir” .

“Yeni akit”: Əliyevdən Türkiyə çıxışı: “Qəbul etmədikləri təqdirdə…”

“Sabah” qəzeti: “Azərbaycan Prezidenti İlham Əliyevdən Avropa İttifaqına Türkiyə reaksiyası”.

“Xəbər 7”: “Əliyevdən ölkədə gündəm olan Türkiyə çıxışı!”

“Yeni şəfəq” və “Hürriyyət” qəzetləri: “İlham Əliyev: Avropa İttifaqı Türkiyə qarşı böyük ədalətsizlik edir”.