İlham Əliyevin Çexiyaya səfəri başladı

Ilham-3

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar səfərə gəlib.

Xalq.az-ın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın Hökumət Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.