İlk rəqiblərimiz bəlli oldu

Gules

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir.
Gənclər və İdman Nazirliyindən Xalq.az-a verilən məlumata görə, çempionatın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə aparacaq. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri məlum olub.

1/8 final mərhələsində 65 kq-da yığmamızın üzvü Toğrul Əsgərov Bolqarıstan güləşçisi Borislav Noviçkov ilə qarşılaşacaq. 97 kq-da isə Xetaq Qazyumov belaruslu İvan Yankovski ilə görüşəcək. 48 kq-da qadın güləşçimiz Mariya Stadnik rusiyalı güləşçi Nadejda Fedorova ilə güləşəcək. Bu görüşün qalibi 1/4 finalda finlandiyalı Sarianna Savola ilə qarşılaşacaq. 1/4 final mərhələsində 58 kq çəkidə üz-üzə gələcək İrina Netreba Bolqarıstandan olan Viktoriya Bobeva ilə güləşəcək.

İlk görüşlər Bakı vaxtı ilə saat 12.00-da, final görüşləri isə, saat 20.00-da başlayacaq.