İllərdir havaya həsrət Sumqayıt sakinləri…

Artıq bir neçə ildir ki, Sumqayıt sakinləri hava üzünə həsrət qalıblar. Buna səbəb Sumqayıt bulvarıın hündürmərtəbəli binalarla əhatə olunmasıdır. “Göyərçin” kimi tanınan dənizkənarı park əvvəllər yaşıllıqlarla dolu idi, insanlar təmiz hava almaq üçün şəhərin bu hissəsinə üz tuturdular. Hətta Bakıdan Sumqayıta gedən insanlar sözügedən ərazinin havasına valeh olurdular. İndi isə köhnə mənzərədən əsər-əlamət qalmayıb. Geniş ərazidəki ağaclar qopardılıb, ot örtüyünün yerində qazıntılar aparılıb və ucaldılmış binaların bünövrəsi qoyulub. Bu da bəzi sakinlərin haqlı narazılıqlarına səbəb olub Binaların qiymətlərinə gəlincə isə, bu Sumqayıt sakinlərinin cibinə uyğun deyil. Ekspert İslam Həmzəyev bildirib ki, bu heç də xoşagələn hal deyil. Ağaclar kəsilib və təbiətə böyük ziyan vurulub Ağacların kəsilib yerində hündürmərtəbəli binaların tikilməsi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün suallarımızı Sumqayıt şəhər icra hakimiyyətinə ünvanladıq. İcra hakimiyyətindən cavab gəlməyincə, Ekologiya və təbii sərvətlər nazirliyinə müraciət etməli olduq. Nazirlikdən də APA TV sualına konkret cavab verilmədi.