İmişlidə yardım problemi

 

41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli Sosial Müdafiəsi Mərkəzlərinin işi son aylarda ən çox müzakirə mövzularından birinə çevirilib. Xüsusən də aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi prosesində yaşananlar vətəndaşların ciddi narazılığına gətirib çıxarır.Eks nazir Füzuli Ələkbərovun zamanında ünvanlı sosial yardımların verilməsində yaradılan süni maneələr, bürokratiya azmış kimi, insanlar onlara qanunla düşən məbləği almaqda da çətinlik çəkirdilər. Əsasən də vətəndaşlara tətbiq edilən qanunsuz bölgü prinsipindən. Heç kəsə sirr deyil ki, rayondan asılı olaraq insanlara sosal yardımlar 8-4, 6-6 aylarla və s. prinsiplərlə verilirdi. Yəni, sosial yardım düşən ailələrə bildirirdilər ki, sizə yardım yazırıq,ancaq bu məbləğin 4 və ya 6 ayını bizə verməlisən. “6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyən rayonlardan biri də İmişlidir. Rayondan daxil olan məlumatlarda bu fakt aşkar şəkildə özünü göstərir. İmişli rayon  Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Anar Əliyev  yardıma ehtiyacı olan insanlarınla sənədlərini öz qanunları ilə təsdiq edir. Belə  ki, kim onun şərtləri ilə  razılaşsa sənədlər təsdiqlənəcək və yardım təyin olunacaq. XALQ.AZ-A İmişli  rayonundan  adını açıqlamayan mənbədən daxil olan məlumata görə, indi yardıma ehtiyacı olan İmişlidə daha ciddi problemlərlə üzləşiblər. Məlumatda bildirilir ki, yeni şərtlər ortaya çıxıb. Mərkəzin müdiri Anar Əliyev  bütün sənədlərə nəzarət edir və xırda bir “cp” axtarır. Bu problemin ücündan tutub ucuzluğa gedən Anar Əliyev  sonda “sizə yardımn düşmür” deməklə işini bitmiş hesab edir. Amma bunun da yollarını tapan adamlar var.Redaksiysamıza daxil olan məlumatda qeyd olunur ki, Anar Əliyev bunu etməkdə məqsədi yardım almaq istəyən vətəndaşı tamamilə zərərsizləşdirmək və dogrudan da sənədlərində problemin olduğuna inandırmaqadır. ki, vətəndaş ondan alınan pulun davasını etməsin və sakit dayanaraq problemli sənədlə yardım aldığı üçün sussun… Daha bir maraqlı məqam isə yardımın niyə düşmədiyini əsaslandırmaqdır. Məsələn, Anar Əliyev, yardım almaq istəyən sakinin evinə və yaşayış vəziyyətinə baxış keçirilir. Evində, divanı, soyuducusu,ütüsü, televizoru, 50 il əvvəl adında avtomobili, həyətində iti və ya 2 qoyunu olan insanlara yardım düşmür. Qəribə haldır…

Bu gün Azərbaycanda elə ailə tapmaz ki, soyuducusu, ütüsü, televizoru və ya divanı olmasın. Bu ailələr məişət əşyalarını yeməlidir? Qeyd edək ki, hazırda İmişli  rayonunda Sosial yardım alan insanların təqribən 600 nəfərinin yaşayış səviyyəsi normaldır. Amma buna baxmayaraq onlara yardım verilir. Amma kəndlərdə elə ailələr var ki, acınacaqlı vəziyyətdə yaşayırlar. Onlara isə düşmür… Bu barədə ciddi araşdırmalarımız olacaq…

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq