İnək üstündə düşən davada 3 nəfər güllələndi

Gulle

Ağdaş rayonunda qonşular arasında baş verən mübahisədə 3 nəfər güllə yarası alıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Ağdaş rayonunun Qaraoğlan kəndində qeydə alınıb. Ağdaş rayon Polis Şöbəsinin müstəntiqi Azad Məmmədov hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib.

“Kənd sakini 26 yaşlı Mollayev Nəsrəddin Asim oğlu ilə qonşusu 44 yaşlı Bayramov Azər Əziz oğlu arasında mübahisə Azərə məxsus mal-qaranın qonşusu Nəsrəddinin həyətinə keçməsi səbəbindən başlayıb. Baş vermiş mübahisədən sonra Nəsrəddin Mollayev evindəki ov tüfəngi ilə qonşusu Azər Bayramovu qorxutmaq istəyib. Əli şikəst olan Nəsrəddin Mollayevin ehtiyatsızlığı üzündən atəş açılıb. Bu zaman onları sakitləşdirmək istəyən Nəsrəddin Mollayevin anası Gülzar Fərman qızı Mollayeva və əmisinin arvadı Simuzər Şiralı qızı Mollayeva da güllə yarası alıb”, Azad Məmmədov bildirib.

Yaralılar Ağdaş Mərkəzi rayon Xəstəxanasında ilkin tibi yardım aldığdan sonra evə buraxılıb.

Hadisəni törədən N.Mollayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.