“İnflyasiya tempində zəifləmə müşahidə edilib” – Komitə sədri

“Beynəlxalq təşkilatların proqnozuna görə 2023-cü ildə qlobal iqtisadi artım 2,5-3 % arasında olacaq (Azərbaycanda 1,9 %), 2024-cü ildə isə 2,1-2,9 % (Azərbaycanda 2,4 %) artacaq”.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

O, qeyd edib ki, 2024-cü ildə neftin 1 barelinin qiymətinin 80-95 dollar (büdcə 60 doll) olacağı proqnozlaşdırılır:

“Qlobal inflyasiyanın bu ilin sonuna 6.9% (Azərbaycanda 9.5%) , 2024-cü ildə isə 5.8% (Azərbaycanda 5.3%) olacağı gözlənilir. Təbii qaz qiymətlərində də ucuzlaşma müşahidə edilir. Azərbaycanın əsas ticarət partnyoları olan ölkələrdə inflyasiya Çində 0 %-ə yaxın, Türkiyədə 50 %-dən yuxarı olub. Bu ilin 9 ayında ölkə iqtisadiyyatında əlverilişli makroiqtisadi meyillər müşahidə edilib, tamamilə qeyri-neft-qaz sahələri hesabına iqtisadi artım təmin edilib, inflyasiya tempindən zəifləmə müşahidə edilib, tədiyyə balansında profisit izlənilib”.