İntihar edəcəyəm…..

Sosial şəbəkələrdə Operativ Qərargahın qərarlarını ən çox tənqid edən müğənni Nura Suri karantin uzanacağı halda intihar edəcəyini qeyd edib.



XALQ.AZ xəbər verir ki, bundan sonra sosial şəbəkə istifadəçiləri “Facebook”da “#karantin bir az da uzansa intihar edəcəm”, “#karantin intihara sürükləyir” kimi həştəqlər yazaraq öz etirazlarını bildiriblər. Onlar bunu pandemiya ərəfəsində maddi vəziyyətlərinin aşağı səviyyəyə düşməsi ilə əlaqələndiriblər.

Şəbəkə istifadəçiləri qeyd edir ki, karantin səbəbilə böyük əksəriyyəti işsiz qalıb. Xüsusilə kafe və restoranlarda ofisiant, xadimə, aşpaz kimi fəaliyyət göstərənlər 1 ildir, gəlir yerlərinin olmadığını bildirirlər. Bu da o deməkdir ki, işsiz, gəlir mənbəyi olmayan vətəndaşlar çıxış yolunu intiharda görürlər.

Qeyd edək ki, karantin rejimi dövründə Azərbaycanda xeyli sayda intihar hadisəsi qeydə alınıb. Tibb mütəxəssisləri bunu pandemiya vəziyyətində tətbiq olunan karantin tədbirləri ilə əlaqələndirirlər. Hətta karantin müddətində intihar tendensiyasında artım olacağı da ehtimal olunur.