“İNVEST-AZ” NÖVBƏTİ DƏFƏ MƏHKƏMƏ QARŞISINDA…

“İnvest-AZ” investisiya şirkəti məhkəməyə verilib.

XALQ.AZ xəbər verir ki, şirkətlə bağlı iddianı məhkəmədə vətəndaş Bayramov Faiq Fərman oğlu qaldırıb.
İddiaçı F.Bayramov “İnvest-AZ” şirkəti ilə aralarında bağlanmış müqavilələrin ləğv edilməsini tələb edir.
İşə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılır. Proses 30 avqust tarixində baş tutacaq.