” İqtidarlı, müxalifətli hər kəs bilir ki, müasir Azərbaycan dövlətçiliyinin banisi məhz Heydər Əliyevdir” – Deputat

“Erkin Qədirlinin hamı kimi Heydər Əliyevin abidəsi qarşısında baş əyməsinin müzakirələrə səbəb olmasını başa düşə bilmirəm”.

Bu fikirləri  Milli Məclisin deputatı Elman Nəsorov deyib.

Deputat bildirib ki, həmkarı Erkin Qədirlinin bu addımını qınayanlar müxalifətçiliyin nə olduğunu hələ də anlamır:

“Məlum olduğu kimi xalqımız 15 iyun Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd etdi. Təbii ki, başda parlamentin sədri Sahibə xanım Qafarova olmaqla, bütün millət vəkilləri də ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik və gül dəstələri qoyduq.

Əgər o adamlar ki, Erkin Qədirlini ittiham edirlərsə, deməli onların müxalifətçiliyin nə olduğunu qətiyyən başa düşmürlər. Müxalifətçiliyin nə olduğunu dərk etməyənlərin Erkin Qədirlini tənqid etməsi onların hansı səviyyədə olmasının bir göstəricidir.

İqtidarlı, müxalifətli hər kəs bilir ki, müasir Azərbaycan dövlətçiliyinin banisi məhz Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini, dövlətçiliyini, xalqını böyük bir bəlalardan hifz elədi. Erkin Qədirlinin xilaskarın abidəsi önündə baş əyməsi məsələsinə ağıllı adamlar yüksək qiymət verməlidirlər. Elə dəyərlər var ki, onlar nə iqtidar, nə də müxalif bölgüsünə bölünə bilməz. Heydər Əliyev özü bir dəyərdir, xilaskardır. Bu gün xalqımız nəinki onun abidəsi qarşısında baş əyir, eyni zamanda ürəyində ona heykəl qoyub. Bu, həqiqəti hesab edirəm ki, müxalifətdə olsa belə çox savadlı bir insan kimi Erkin Qədirli çox gözəl dərk edib.

Erkin Qədirlini tənqid edənlərdən, ona qarşı təhqirəramız fikirlər söyləyənlərdən fərqli olaraq o, fərqindədir ki, xilaskar abidəsi önündə, o dəyər qarşısında baş əyib. Çox təəssüf ki, onu tənqid edənlər hələ də əsl dəyərləri başa düşmürlər. Onlara görə min dəfə təəssüf edirəm!”.