İqtisadi gücə sahib diyar – Azərbaycan

Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının enerji təhlükəsizliyinə sərmaye yatıran Azərbaycanın daxili bazarda təlabatları tam təmin edib və sayı günbəgün artan ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynamasında rolu çox vacib və lazımlı idi. Ötən əsrin sonlarında Azərbaycandan Gürcüstanın Qara dəniz Supsa limanına gedən birinci neft kəmərinin açılması üstün görülən bir nailiyyət idi, çünki bunun sayəsində Azərbaycan ixraca başlamış, ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatını aparmaq üçün çalışma işlərini başlada bilmişdir. 2006-cı ildə inşa edilən Bakı-Tibilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatmış və bu sayədə enerjinin nəql olunması hər hansı fasilə olmadan baş tutmuşdur. 2007-ci ildən etibarən Azərbaycan qazı, Bakı-Tibilisi-Ərzurum qaz boru kəmərinin  istismara verilməsi ilə Türkiyə və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

Ötən il ərzində 22 milyard kubmetr təbii qaz ixrac etməmizə rəvac verən qüvvə “Cənubi Qaz Dəhlizi” layihəsi idi ki, bu layihə sayəsində “Şahdəniz”də qaz-kondensat yatağında hasilat artmağa başlayıb. Biz əminik ki, Avropa qitəsində təbii sərvətlərimiz ilə bağlı fəaliyyət dairəsinin genişləndirilməsi sayəsində bu artım 24 milyard kubmetr olacaq.

Azərbaycan qazına olan tələbatın sürətlə artması potensial istehlakçılara 1 il ərzində qazın böyük həcmdə hasil edilməsində çətinlik törədir. Bu çətinliyin qarşısının alınmasının yeganə yolu müqavilələrin bağlanması və sürətləndirilmiş şəkildə danışıqların aparılması,  mövcud qurğularınsa genişləndirilməsidir.

ABŞ hər zaman enerji siyasətinizi dəstəkləmişdir ki, məhz bu dəstək sayəsində effektiv nailiyyətlər əldə olunmuş, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər.

Hazırda Azərbaycan və Avropa Komissiyası arasında  məhsuldar əməkdaşlıq əlaqələri var və bu komissiya “Cənubi Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynamışdır. Azərbaycan  sözünə, öhtəliklərinə sadiq etibarlı bir tərəfdaşdır. Bunun bariz nümunəsini 1994-cü il xarici şirkətlə imzalanmış ilk sazişin  müqavilələrində 1 sözün belə dəyişdirilməməsində görürük.

Bu günkü gündə Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan maksimum dərəcədə istifadə edilə biləcək şərait olsa da, hələ bundan tam istifadə edilməyib. İkinci Qarabağ müharibəsi nəticəsində azad olunan ərazilərdə xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi münbit iqtisadi şərait yaradır. Bu  günkü  gündə  Azərbaycan xarici borcunun ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq niyyətindədir.

 

İsmayılov Akif /Nəsimi rayon Ağsaqqallar şurasının üzvü