İrəvan təxribat törətməyi planlaşdırır – Video

İrəvanda ərzaqlarla dolu yük maşınları Laçın istiqamətində hərəkət etmək üçün çıxış qərarı gözləyir.

Bu barədə Teleqram kanallarında görüntülər paylaşılıb.

Bildirilir ki, əgər qərar verilərsə, onlar Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddinə yaxınlaşaraq yardımı separatçılara çatdırmağa çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan tərəfi ötən gün bəyanat yayaraq, mümkün təxribata görə Ermənistanın məsuliyyət daşıdığını bildirib.