İranda 4 bal gücündə zəlzələ olub

İranın Hormozqan vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

XALQ.AZ-ın məlumatına görə, zəlzələ dekabrın 26-da yerli vaxtla saat 01:44-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri Roydar rayonundan 44 km məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.

XALQ.AZ