İranda 7 nəfər edam olundu

 

41

Beynəlxalq aləmin çağırışlarına baxmayaraq, İran İslam Respublikasında edam hökmlərinin icrası durmadan davam edir.

Kirmanşah vilayətində qəsdən adam öldürməkdə günahlandırılan Fəriborz Siyabani və Fəttahi soyadlı vətəndaş edam olunub. Bundan başqa daha 5 nəfərin də həmin şəhərdə edam olunduğu bildirilir. Lakin kütləvi informasiya vasitələri edam edilən 5 nəfərin kimliyi və nədə suçlandıqları barədə heç bir məlumatın verilmədiyini yazıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 27-da səhər saatlarında Kirmanşah şəhərinin Dizelabad həbsxanasında icra edilib.