İranda zəlzələ oldu

Iran

Bu gün İranın Yəzd əyalətinin Behabad şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Trend IRNA agentliyinə istinadən xəbər verib.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin hesabatına əsasən, təkanlar saat 00:12-da qeydə alınıb.

Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.