İraqda İŞİD-ə ağır zərbə

Iraq

İraqda ordu qüvvələri İŞİD-ə ağır zərbə endirib.

XALQ.AZ-ın məlumatına görə, Ənbar vilayətində ordu ilə İŞİD arasında şiddətli döyüşlər olub.

İlkin məlumatlara görə, döyüşlərdə 25 terrorçu öldürülüb, onlarla terrorçu isə yaralanıb. Silahlı toqquşmalara zamanı 2 əsgərin isə yaralandığı bildirilir.

İraq Müdafiə Nazirliyi Ənbar vilayətindəki döyüşlərlə bağlı açıqlama verib. Bildirilir ki, qeyd edilən vilayət terrorçulardan tamamilə təmizlənib.

Qeyd edək ki, İŞİD İraqda bir neçə böyük şəhərlərdə nəzarəti ələ keçirib. Araşdırmalara görə, həmin şəhərlərdən bir milyon insan köç etmək məcburiyyətində qalıb.