İş adamı lüks mənzilində intihar etdi – FOTO

Türkiyənin İstanbul şəhərində iş adamı intihar edib.

XALQ.AZ xəbər verir ki, Metin Y. 26 mərtəbəli lüks binanın 7-ci mərtəbəsindəki mənzilində özünü odlu silahla vuraraq öldürüb.

Xəbəri eşidən qohumları Metin Y.-nin evinə axışıblar.

Hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.

Mərhumun cəsədi ekspertiza üçün morqa aparılıb.

XALQ.AZ