İş adamı vəzifəyə təyin olunur-Restoran və oteli kim idarə edəcək?

Yaxın vaxtlarda 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının sədri Səlamət Kərimovun vəzifəsindən azad ediləcəyi bildirilir.
XALQ.AZməlumat verir ki. həmin vəzifənin Salyandan olan iş adamı, komissiyanın üzvü Cəbrayılov Qəhrəman Bahadir oğluna həvalə ediləcəyi gözlənilir.
O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi (2003–2020-ci illərdə), general-polkovnik Vaqif Axundovun qohumudur.
Hazırda Q.Cəbrayılovun “Kür” oteli və şadlıq sarayına rəhbərlik etdiyi deyilir.
Q.Cəbrayılovla əlaqə saxlasaq da, zənglərə də, ünvanlanan sorğuya da cavab verməyib.
Fevralın 7-də keçirilmiş prezident seçkiləri zamanı 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanmışdı.
Nəticədə MSK-nın qərarı ilə məntəqə buraxılıb.Pravda.az