İş adamının oğlunun bahalı avtomobilləri-FOTO

63
Dövlət İqtisad Univeristetinin yaxınlığında görünən bu avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib.
XALQ.AZ avropa.info-ya istinadən xəbər verir ki, yaxınlıqda olan şəxslər maşının universitetin tələbələrindən birinə aid olduğunu bildiriblər.
“Lambarcini Gallardo” markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu bildirilir.
Məlumatda qeyd olunur ki, maşın “Şərur” MTK-nın sədri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.
Xatırladaq ki, bir neçə il əvvəl də “Şərurlu İsfəndiyar” oğlanları ilə gündəmə gəlmişdi. Belə ki, İsfəndiyar Axundovun oğlu Şahin Axundov 2005-ci il dekabrın 18-də şəhərin mərkəzində dostu Anar İsmayılovun avtomobilinə atəş açmışdı. O, 2007-ci ildə məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum olunub.
07 06 05 04 03 02 01