İsa Həbibbəyli təyyarə reysinin açılmasını tələb etdi

“Cənab Prezidentin XX əsrin əvvəlləri ilə bağlı fikriləri elmi əsaslara söykənir”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat İsa Həbibbəyli deyib. O bildirib ki, Prezident tərəfindən səslənən fikirlər Azərbaycan cəmiyyətinin tarixin dərslərindən nəticə çıxarmasına xidmət edir.

Deputat Naxçıvandan gəlmək istəyənlər üçün hava yolundan başqa yol olmadığını da diqqətə çatdırıb:

“Bu məsələni həll etmək lazımdır. Ona görə Operativ Qərargahın açıqlamasına baxmayaraq, bu işlərin mümkün qədər tezləşdirilməsi lazımdır. Eyni zamanda, Naxçıvandan gələnlər üçün sadələşmiş qaydalardan istifadə olunmasını təklif edirəm”.